Ukrayna Hərbi Hava Qüvvələri Rusiya tərəfindən buraxılan İran istehsalı olan 46 pilotsuz təyyarədən 32-nin vurulduğunu bildirib. Qalanların əksəriyyəti cəbhə xəttinin yaxınlığında, əsasən cənub Xerson bölgəsində vurulub.
İctimai Rəy xəbər verir ki bu barədə “Reuters” məlumat yayıb.
Ukraynanın Odessa vilayətinin qubernatoru bildirib ki, 35 yaşlı kişi yaşayış massivində vurulan pilotsuz təyyarənin dağıntıları nəticəsində həlak olub. Daxili İşlər Nazirliyi altı yaşlı uşaq da daxil olmaqla daha dörd nəfərin yaralandığını bildirib.