Aİ Kiyevə 20 milyard avro dəyərində maliyyə yardımının ehtiyat planı üzrə danışıqlar aparır.
İctimai Rəy xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
B planı Macarıstanın baş naziri Viktor Orbanın AB-nin son sammitində qoyduğu vetodan yan keçmək üçün lazım idi.
B planı Macarıstanın baş naziri Viktor Orbanın AB-nin son sammiti zamanı qoyduğu vetodan yan keçmək üçün lazım idi. Sxem bütün Aİ üzvlərinin təsdiqini tələb etmir və bu səbəbdən Budapeşt də ona veto qoya bilməyəcək.
Almaniya və Hollandiya kimi bəzi ölkələr bunu milli parlamentlərdə təsdiq etməli olacaqlar.
Bu planla bağlı qərar AB-nin fevralın 1-də keçiriləcək növbəti sammiti zamanı verilə bilər. Brüssel Kiyevin pulu 2024-cü ilin martına qədər alacağını gözləyir.
Lakin vəsait qrant deyil, yalnız kredit şəklində ayrıla bilər.
Aİ-nin Brüsseldə keçirilən əvvəlki sammitində Orban 2024-2027-ci illər üçün Aİ büdcəsinə Ukraynaya həmin müddət ərzində 50 milyard avro verəcək düzəlişlərə veto qoyub.