Ərdoğan ona “Qəzza qəssabı” dedi – İsrail isə…

0

İsrail və Türkiyə əlaqələri son zamanlar qırılma nöqtəsinə çatıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Benyamin Netanyahuya “Qəzza qəssabı” deməsi Təl-Əviv rəhbərliyini narahat edib.

İctimai Rəy Musavat.com -a istinadən xəbər verir ki, Ərdoğanın sözlərindən qəzəblənən İsrail ölkədə hazır üyüdülmüş qəhvə satan bir markanın qablaşdırmasından “türk qəhvəsi” ifadəsini çıxarıb və paketin üzərinə İsrail bayrağı yerləşdirib.

Times of Israel” nəşri yazıb ki, Türkiyənin HƏMAS-la bağlı mövqeyinə görə şirkət müvəqqəti olaraq bu addımı atıb. Belə ki, brendin ən məşhur məhsulu olan “Elite Turkish Coffee”nin qablaşdırması dəyişdirilib və yeni paketdə İsrail bayrağı ilə yanaşı, “Zəfər nəsli”, “Biz birlikdə daha güclüyük” və “İsrail xalqı yaşayacaq” sözləri yerləşdirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »