Estoniya Müdafiə Qüvvələrinin keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü və istefada olan general Riho Teras ERR TV və Radio-ya bildirib ki, Rusiya hücuma keçməyə qərar verərsə, Ukraynanın Milad bayramını məhv edə bilər. Ukraynanın gücü tükənmək üzrədir. Rusiyada da o qədər çox güc yoxdur, ancaq Milad hücumu üçün bu kifayət edə bilər.
İctimai Rəy xəbər verir ki, bu barədə hraparak.am məlumat yayıb.
Teras hesab edir ki, Moskva Ukraynaya hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırıb və qarşıdaki iki həftə çox vacibdir. Onun fikrincə, əgər cəbhə dağılsa və Rusiya hansısa böyük ərazini tutsa, bu nəinki Ukraynaya hətta bütün dünyaya böyük bir siqnal olacaq.