Bu avtomobillər 1000-2000 manat bahalaşdı – Video

0

Avtomobil bazarında bahalaşma müşahidə edilir.

İctimai Rəy xəbər verir ki, qiymət artımı ikinci əl nəqliyyat vasitələrində daha çox hiss olunur.

Satıcılar bildirir ki, bahalaşmaya son aylarda daşıma xərclərinin artması səbəb olub. Onların sözlərinə görə, bu tendensiya gələn il də davam edəcək.

Qiymət artımı təbii ki, alıcılara sərf etmir. Onlar bazarda ciblərinə uyğun qiymətə avtomobil tapmaqda çətinlik çəkdiklərini deyirlər.

Satıcılar bildirib ki, gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması da qiymət artımına səbəb olacaq.

Bəs gələn il vəziyyət necə olacaq?

Ətraflı Xəzər TV-nin süjetində:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »