Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələr əsasında müxtəlif vəzifələrə təyinatlar olub
İctimai Rəy xəbər verir ki, imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışaqədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib.