Həmrəylik Komitəsinin sədri Prezidenti təbrik etdi

0

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AHK-nin mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, Hörmətli Prezident!

Hörmətli Müzəffər Ali Baş Komandan!

Doğum gününüz münasibətilə, lütfən, səmimi təbriklərimizi qəbul edin.

Azərbaycan Həmrəylik Komitəsinin üzvləri adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, bol uğur diləyirəm.

Siz, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi ildə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi Zəfərə imza atdınız, 20 il öncə ilk dəfə Prezident seçilərkən xalqımıza verdiyiniz bütün vədlərinizi şərəf və ləyaqətlə yerinə yetirdiniz, Qarabağ həsrətimizə son qoydunuz, işğal və soyqırımı acıları ilə yaşayan xalqımızı Qalib Xalqa, dövlətimizi isə dünyada söz sahibinə çevirdiniz.

Cənab Prezident!

Siz dövlətini, millətini sevən hər bir azərbaycanlının qürur mənbəyisiniz. Biz Sizinlə fəxr edirik. Sizə Bütöv Azərbaycan naminə, Türk dünyası naminə uğur və qələbələrlə dolu uzun ömür arzulayırıq. Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »