Milli Məclisin iclası başladı

0

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

İctimai Rəy xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

2. “Aviasiya haqqında” qanun layihəsi (üçüncü oxunuş)

3. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

6. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

8. “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

10. Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

11. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

12. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

13. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

14. “Dəniz limanları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

15. “Milli təhlükəsizlik haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

16. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

17. “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

18. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

19. “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

20. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi

21. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

22. “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

23. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

24. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

25. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

26. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

27. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »