17 dekabr 2023-cü il tarixində Azərbaycan Həmrəylik Komitəsi (AHK) və “EcoApp” layihəsi könüllülərinin birgə təşkilatçılığı ilə “Şəxsi inkişaf və özünü qiymətləndirmə” adlı təlim keçirilib.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Həmrəylik Komitəsinin mətbuat xidməti məlumat verib.
Təlimçi Qumru Ağazadənin moderatorluğu ilə keçirilən təlimdə AHK-nin üzvləri və EcoApp könüllüləri iştirak edib. Təlim zamanı iştirakçılarla interaktiv söhbətlər aparılıb və onlara öz gələcək həyatlarının “yol xəritəsi”ni çəkərkən diqqət yetirməli olduqları əsas məqamlar izah olunub. İştirakçılar həm zamanlarını səmərəli keçirib, həm də şəxsi inkişafa yönəlik dəyərli məlumatlar qazanıblar.
Qeyd edək ki, bu qəbildən olan interaktiv təlimlərin hər həftə keçirilməsi nəzərdə tutulub. Təlimlərdə fəallıq göstərən gənclərə sertifikat veriləcək.