Fransada COP29-un Azərbaycanda keçirilməsinə qarşı kampaniya başladı

0

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi qərarı Fransada yenidən qısqanclıq yaradıb .

İctimai Rəy hraparak.am-a istinadən bildirir ki, bu ölkənin bir sıra rəsmiləri sözügedən konfransın Azərbaycanda keçirilməsinin əleyhinə bəyanat yayıblar.

Paris şəhərinin meri Anne Hidalqo, senator Bruno Retaylon, İle-de-Frans regionunun prezidenti Xavier Bertrand, eləcə də Valeri Pekres, Karol Delqa kimi region rəhbərləri, Marsel merinin birinci müavini Mişel Roubirola, Monpelye şəhərinin meri Maykl Delafosse və Strasburq meri Janna Barseqyan BMT-nin növbəti iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı olduqlarını bildirən birgə bəyanat yayıblar. “La Tribune” nəşrində işıq üzü görən bəyanatda fransız siyasilər konfransın Azərbaycanda keçirilməsi qərarına yenidən baxılmasını istəyiblər. Bəyanat müəllifləri iddia edirlər ki, Azərbaycan iqtisadiyyatının 90%-i neft və qazdan asılı olduğu üçün belə bir konfrans Bakıda keçirilə bilməz.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »