Bakıda uzunluğu 7 km olan velosiped yolu salınacaq

0

Mobillik layihəsində velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq.

İctimai Rəy  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

O əlavə edib ki, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir:

“Taksi xidməti də həmçinin, diqqət mərkəzindədir. Ötən dövr ərzində bir sıra qanunlara dəyişiklik edilib. Bundan sonra, alt qaydalara dəyişikliklər gözlənilir. Ardınca yeni qanunvericiliyin tətbiqinə başlanılacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »