Azərbaycan xalqının və dövlətinin qurucu xarakterini, erməni vandalizminin iç üzünü bir daha bütün dünya görəcək
Uğrunda döyüşdüyüm və 30 ildir ayrıldığım Qubadlının doğma Xanlıq kəndi işğaldan azad ediləndən sonra yenidən qurulur, bərpa olunur.
Belə ki, işğal dövründə erməni vandalları tərəfindən yaşayış evləri və infrastrukturu tamamilə yararsız vəziyyətə salınmış qədim Xanlıq kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyev tərəfindən yenidən qoyulub.
Ermənilər Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşən, füsunkar təbiəti ilə seçilən və vaxtilə Qarabağ xanı Pənahəli xanın mülk yerlərindən biri kimi tanınan Xanlıq kəndini işğal dövründə məskunlaşdırmağa çalışsalar da, lakin sonda digər ərazilərimiz kimi bu kəndi də xarabalığa çeviriblər.
Lakin 44 günlük Vətən müharibəsindən sonra Xanlıq kəndinin yeni salnaməsi yazılmağa başlayıb. “Böyük Qayıdış” Proqramının birinci mərhələsinə uyğun olaraq inşAllah Xanlıq kəndində yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi həyata keçiriləcək və əhalinin dayanıqlı məskunlaşması üçün lazımi şərait yaradılacaq.
Bir sözlə, bölgənin strateji nöqtəsində yerləşən Xanlıq kəndinin yenidənqurma-abadlıq işlərinin başa çatmasından sonrakı gələcək görünüşü Azərbaycan xalqının və dövlətinin qurucu xarakterini, erməni vandalizminin isə iç üzünü bir daha bütün dünyaya göstərəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı