Avropa bazarlarında qoyun ətinin qiyməti ən yüksək həddə çatıb.
İctimai Rəy Aqrar Tədqiqatlar Mərkəzinin hazırladığı Dünya Bazar Konyukturası adlı hesabatına əsasən xəbər verir ki, il ərzində özünün ən yüksək həddinə çatan qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 5.0% artaraq noyabr ayı üçün 8.44 ABŞ dolları səviyyəsinə yüksəlib. Oktyabr ayında isə qoyun ətinin Avropa bazarlarında qiyməti 1 kiloqram üçün 7,86 dollar təşkil edib. Bu ilin noyabr ayında qoyun ətinin qiymətində qeydə alınan göstərici keçən ilin eyni ayı ilə müqayisədə də 10 faiz çoxdur.
Belə ki, keçən ilin noyabr ayında Avropa bazarlarında qoyun ətinin qiyməti 1 kiloqram üçün 7,45 dollar müəyyən edilib. İl ərzində qoyun ətinin qiymətində ən yüksək göstərici aprel-may aylarında müşahidə edilib. Bu aylarda qiymət 1 kiloqram üçün müvafiq olaraq 8,30-8,25 dollar aralığında dəyişib.
Comments are closed.