Birləşmiş Ştatlarda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenskinin Konqresdəki çxıışı ərəfəsində sosial şəbəkə hesabından etdiyi paylaşım bəzi amerikalı konqresmenləri qəzəbləndirib.
İctimai Rəy “İzvestiya”ya istinadən bildirir ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot belə bir iddia ilə çıxış edib. Partiya lideri deyib ki, konqresmenləri qəzəbləndirən səbəb Ukrayna prezidentinin çıxışı əsnasında çox böyük səhvə yol verməsi olub: “Amerika Konqresində çıxışı ilə paralel olaraq sosial şəbəkə hesabında etdiyi paylaşımla Zelenski çox böyük səhvə yol verib. Zelenski üçün yeni fəlakət başlayır. Çıxışı ərəfəsində o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb ki, Ukraynaya 61 milyard dollarlıq yardım planına səs verməkdən imtina edən istənilən Amerika rəsmisi “Putinin kuklasıdır”. Filipponun sözlərinə görə, amerikalı konqresmenlər Zelenskinin davranışından qəzəbləniblər və bu, onu ABŞ-dan daha çox kömək almaq fürsətindən məhrum edə bilər.
İctimai Rəy
Comments are closed.