Dünən ABŞ prezidenti Co Bayden İsraili ən sərt tənqid edərkən, İsrailin baş naziri Binyamin Netanyahu aralarındakı uçurumu etiraf edərək, “Bəli, fikir ayrılıqları var” deyib. Bu gün dərc olunan təhlillərində ABŞ və İsrail mətbuatı Netanyahunun “Qəzza inadının” iki sadiq müttəfiqi arasında olduğunu vurğulayır. Qəzzadakı mülki qırğından sonra ABŞ dünya arenasında, Netanyahu isə öz ölkəsində getdikcə daha çox təcrid olunur.
İctimai Rəy xəbər verir ki,bununla bağlı “Hürriyet” qəzetində məlumat verilib.
Müharibə başladığı gündən bəri sorğu-sualsız dəstəyi ilə İsrailin arxasında dayanan ABŞ dünən Tel-Əviv rəhbərliyinə çox açıq bir xəbərdarlıq göndərdi.
ABŞ prezidenti Co Bayden Qəzzanın bombalanmasının İsrailin dünya səviyyəsində dəstəyini itirməyə başladığını ifadə edərək, “Netanyahu yaxşı dostdur, amma onun dəyişməsi lazım olduğunu düşünürəm. İsraildəki bu hökumət onun hərəkətə keçməsini çox çətinləşdirir. Bütün dünya ictimaiyyətinin rəyini bir gecədə dəyişə bilər, biz buna yol verə bilmərik”.
İctimai Rəy
Comments are closed.