Bahçeli klassik avtomobilini hədiyyə etdi

Klassik avtomobil həvəskarı kimi ilə tanınan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 1982-ci il model “Mercedes” markalı avtomobilini partiyasının Antalya millət vəkili Əbdürrəhmana hədiyyə edib.

İctimai Rəy trthaber-ə istinadən bildirir ki, bu barədə millət vəkili Əbdürrəhman social şəbəkə hesabında paylaşım edib. O, MHP sədri Baxçalı və hədiyyə edilən avtomobillə fotolarını sosial media hesabında paylaşıb. Deputat, “Cənab Dövlət Baxçalıdan Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə xüsusi olaraq 1923 nömrəli bu avtomobili mən və ailəm nəsildən-nəslə qoruyacağıq”,-deyə bildirib.

Comments are closed.

Tərcümə »