32 məhbusun qaytarılması ilə bağlı prosesin hansı mərhələdə olduğu barədə məlumatım yoxdur.
İctimai Rəy xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı Gevork Papoyan deyib.
“Bununla bağlı konkret tarix yoxdur, proses eyni vaxtda baş tutacaq. Yəni 32 erməni əsir gələcək, 2-si isə gedəcək. Hər hansı bir prosesə doğru gediriksə, bu prosesin sonunda nəinki 32, qalanları da gələcək. Sülhün son nöqtəsi demarkasiya, delimitasiya, sərhədlərdə əsgər və səngər yerinə sərhədçilərin olması, qarşılıqlı əlaqələrin bərpası və s. olacaq. Bütün bunlar baş verməsə, sülh olmayacaq”, – Papoyan bildirib.