Britaniyanın XİN rəhbəri Yusafla Ərdoğanın görüşündən narazı qalıb

0

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfdaşlarının Dubayda keçirilən 28-ci konfransı çərçivəsində Şotlandiyanın birinci naziri Həmzə Yusafla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən son dərəcə məyus olub.

İctimai Rəy xəbər verir ki, bu barədə BBC yayım korporasiyası məlumat yayıb.

Məlumata görə, Kemeron Şotlandiyanın Konstitusiya işləri, beynəlxalq əlaqələr və mədəniyyət naziri Anqus Robertsona yazdığı məktubda Şotlandiya rəsmilərinin xarici həmkarları ilə görüşlərinin təşkilinə yardımı dayandıracağı ilə hədələyib. BBC qeyd edir ki, regional hakimiyyət Yusafla Ərdoğanın Dubayda görüşü barədə əvvəlcədən xəbərdarlıq etməyib, nəticədə onların söhbəti Britaniya hökumətinin nümayəndəsi olmadan baş tutub. Bu isə, Kemeronun fikrincə, London və Edinburq arasında protokolun pozulması anlamına gəlir.

Britaniya Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Şotlandiya hökumətinin bu cür hərəkətləri “Britaniya diplomatiyasına zərbə vurur”. Yusafın sözçüsü Kemeronun təhdidlərinin mənasız olduğunu və Şotlandiyanın maraqlarına ziddiyyət təşkil etdiyini bildirib.\\Musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »