Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub

0

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

İctimairey.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən bildirir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub. Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »