Simonyan: Azərbaycanlılar gəlib Ermənistanda yaşayacaq

0

Azərbaycan sülh müqaviləsinin bağlanmasını “süni surətdə çətinləşdirə” biləcək bəzi məsələləri gündəliyə daxil etməyə çalışır.

İctimai Rəy xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin “əgər İrəvan Qarabağ ermənilərinin məsələlərini saziş layihəsinə daxil etmək istəyirsə, bu, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq və yaşamaq hüququna da şamil edilməlidir” bəyanatını şərh edərkən deyib.

“Bunu çox mənfi qiymətləndirirəm. Daim bu haqda danışmaq süni problemlər yaradır. Məsələn, gürcülər Ermənistana yaşamağa gəlsələr, hər hansı bir maneə olacaqmı? Gürcüstanla müqavilədə bu haqda yazmışıq? Əlbəttə, yox. İstisna etmirəm ki, vaxt keçəcək və ermənilər gedib Azərbaycanda yaşayacaq, bəzi azərbaycanlılar da gəlib Ermənistanda yaşayacaq və bir-biri ilə ticarət edəcəklər. Biz eyni bölgədə yaşayırıq və bütün problemləri həll etməyə çalışmalıyıq”, – o bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »