Senat Ukraynaya çoxmilyardlıq yardımı rədd etdi

0

Ukrayna, İsrail və Tayvana yardım ayrılması ilə bağlı qanun layihəsi ABŞ Senatında prosessual səsvermədən keçməyib.

İctimai Rəy xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Layihənin Konqresdə təsdiqlənməsi üçün lazım olan 60 səsi toplamaq mümkün olmayıb. 40 nəfər layihənin lehinə, 43 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden oktyabr ayında milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyan 106 milyard dollarlıq maliyyə paketini təqdim etmişdi. Layihədə Ukrayna, İsrail və Tayvana dəstək üçün 106 milyard dollar ayrılması nəzərdə tutulurdu. Bunun 61 milyardı Ukraynaya verilməli idi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »