Fələstin məsələsi və Qəzzanın bombalanmasının dayandırılması Moskvada danışıqların əsas mövzularından biri olacaq.
İctimai Rəy xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
“Bu səfərlə bağlı danışıqların əsas mövzularından biri Fələstin məsələsi, blokadanın aradan qaldırılması və məzlum Fələstin xalqına yardım göstərilməsidir”, – Rəisi bildirib.
Qeyd edək ki, Rəisi Moskvada səfərdədir.