Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xəzər dənizində 5.6 bal gücündə zəlzələ baş verib.
İctimai Rəy xəbər verir ki, bu, il ərzində Azərbaycanda baş verən 3-cü güclü zəlzələdir.
2023-cü ilin iyulunda Bakıda və Abşeron yarımadasında 5.7 bal gücündə zəlzələ baş vermişdi. Cəmi iki ay sonra – 3 sentyabrda Kürdəmir rayonunda 5,2 maqnitudalı güclü zəlzələ oldu. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunmuşdu.
Qeyd edək ki, may ayında Bakıda səfərdə olan türkiyəli alim, geoloq Cəlal Şəngör Azərbaycanda hər az güclü zəlzələnin ola bilmə ehtimalından danışmışdı. Şəngör bildirmişdi ki, hətta yeraltı təkanların gücünün 7.5 bala qədər olmaq ehtimalı var. AMEA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli onun bu açıqlamasını absurd adlandırmışdı.\\axar.az\\