Xəzər Dənizində baş verən güclü zəlzələdən sonra Bakı məktəblərində həyəcanlı anlar yaşanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, yeraltı təkanlardan sonra müəllimlər şagirdlərin təhsil ocaqlarından təxliyəsini həyata keçirirlər.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.