Prezident Rəcəb Tayyib Ərdoğan 6 ildən sonra Afinaya kritik səfər edir.
İctimai Rəy xəbər verir ki, Ərdoğan Afinada ilk olaraq yunan həmkarı Katerina Sakelaropulu ilə görüşüb. Bu görüşdə Ərdoğan “Stəkan yarısı dolu halda danışmaq gələcək üçün çox daha yaxşı olacaq” dedi. Yunanıstan prezidenti Sakelaropulu da iki ölkə arasındakı münasibətlərdə yeni dövrün mesajını verib.
Sakelaropulu, “Yunanıstan və Türkiyənin mövcud müsbət siyasi iradəni hər zamankindən daha çox inkişaf etdirməsi vacibdir” dedi. Bu görüşdən sonra prezident Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.