Blinken Bayramov və Mirzoyanı gözləyir – Obrayen

0

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen dövlət katibi Entoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

İctimai Rəy xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.

O bildirib ki, Bakıda müsbət və konstruktiv görüşlər oldu.

“Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və Dövlət katibi Blinken sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, – o qeyd edib.

Xatırladaq ki, Brayen Bakıda səfərdədir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »