Ukrayna məğlub olsa, məsuliyyəti biz daşıyacağıq

0

Konqres Kiyevə əlavə yardımı təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq.

İctimai Rəy xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Konqres üzvləri ilə danışdım. Düşünürəm ki, onlar vəziyyətin ağır olduğunu başa düşürlər. Kiyevin ehtiyac duyduğu bu maliyyəni təmin edə bilməsək, Ukraynanın məğlubiyyətindən məsuliyyət daşıyacağıq. Buna birbaşa büdcə dəstəyini də daxil edirəm, çünki bu, həyati əhəmiyyət kəsb edir. Ukraynada sadəcə olaraq pul tükənir. Kiyev vergidən əldə etdiyi hər senti hərbi maaşlara və müdafiəyə xərcləyir. Onları dəstəkləmək üçün göndərdiyimiz vəsait olmasaydı, məktəbləri, xəstəxanaları və ya təcili yardım xidmətləri olmazdı”, – o bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »