Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.
İctimai Rəy xəbər verir ki, bunu “Report”a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.
“Onların əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır”, – o vurğulayıb.
Comments are closed.