“8-ci km bazarı”nın ərazisi neçəyədir? – Şok qiymət

0

Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən “8-ci km bazarı” barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək.

İctimai Rəy xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Globalinfo.az-a açıqlamasında həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib:

“Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-80 min manat təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır”.

R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub:

“Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər”.

İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 25 milyon manatdan çox edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »