İran heyəti BƏƏ-dəki sammiti tərk etdi – Etiraz

0

İran nümayəndə heyəti bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitini tərk edib.

İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə sammitdə iştirak edən İranın energetika naziri Əli Əkbər Mehrabian məlumat verib.

Mehrabianın sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoq sammitə qatıldığı üçün ayrılmağa qərar veriblər.

“İran olaraq sionist İsrail rejiminin sammitdə iştirakının iqlim dəyişikliyi məsələsilə bağlı iclasın məqsədlərinə zidd olduğuna inanırıq. Buna reaksiya olaraq sammiti tərk etmək qərarına gəldik”, – nazir vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »