Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi

0

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.

İctimai Rəy xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVİD-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir:

“Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »