Mirzoyan Blinkendən sonra Kemeronla da görüşdü

0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyadan olan həmkarı Devid Kemeronla görüşüb.

İctimai Rəy xəbər verir ki, erməni nazir bu barədə özünün X hesabında yazıb.

Görüşün Şimali Makedoniyanın Skopye şəhərində ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində keçirildiyi qeyd olunub.

“Devid Kameronla ikitərəfli münasibətlərimiz barəsində fikir mübadiləsi apardıq, yeni başladığımız strateji dialoqu müzakirə etdik. Regional mövzulara, Cənubi Qafqazdakı hadisələrə toxunduq”, – o yazıb.

Qeyd edək ki, A.Mirzoyan daha əvvəl ABŞ Dövlət katibi Entonu Blinkenlə görüşmüşdü.

ATƏT-in Nazirlər Şurasının 30-cu iclası 30 noyabr – 1 dekabr tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində baş tutacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »