Finlandiyanın Vantaa şəhərində fəaliyyət göstərən “HD-Parts” şirkəti sanksiyalardan yan keçərək, Rusiyaya milyonlarla avro dəyərində avtomobillər üçün ehtiyat hissələri tədarük etməklə məşğuldur.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yle MOT” nəşri məlumat yayıb.
Məlumata görə, “HD-Parts” şirkəti Rusiyaya “Volvo” və “Skania” yük avtomobilləri üçün ehtiyat hissələri tədarük edib.
Şirkətdən isə bildirilib ki, sanksiyaları pozmayıblar və bütün mallar Finlandiya gömrüyü tərəfindən təsdiqlənib.
Comments are closed.