“Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi evin tikintisinə cəhd edilir”.
İctimai Rəy xəbər verir ki, bu fikiləri Xəzərt TV-yə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin departament rəhbəri Lalə Əkbərova deyib.
Lalə Əkbərovanın sözlərinə görə, bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi evin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur: “ Əgər hər-hansı daşınmazın əmlakın çıxarışı yoxdursa həmin əmlak alınıb, satıla bilməz. Vətəndaşlar bəzən çıxarışı olmayan evləri etibarnamə ilə əldə edirlər və düşünürlər həmin mülkün sahibidirlər lakin bu belə deyil”.
Ətraflı videoda: