Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley seçkilərdəki rəqibi Patrisiya Bullriçə ölkənin təhlükəsizlik naziri vəzifəsini təklif edib.
İctimai Rəy xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.
Bullriçin təklifə hələlik cavab vermədiyi bildirilib.
Qeyd edək ki, Patrisiya Bullriç 2015-2019-cu illərdə Argentinanın təhlükəsizlik naziri işləyib.