Bakıda yanğına görə bağlanan yol açıldı

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə İctimairey.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, bu gün saat 05:45 radələrində Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb.

Comments are closed.

Tərcümə »