Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfərə yollanıb.
İctimai Rəy xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Noyabrın 23-nə kimi davam edəcək səfər zamanı Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin rəhbərliyi və digər rəsmi şəxslərlə görüş keçiriləcək.
Görüşlərdə Rusiya və Çin arasında parlamentlərarası əməkdaşlığın inkişafı, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, ticarət, təhsil və elm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.