Onlara ali xüsusi rütbələr verildi – Sərəncam

0

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

İctimai Rəy xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »