Maduro dünya xalqlarını küçələrə çıxmağa səslədi

0

Venesuela Prezidenti Nikolas Maduro dünya xalqlarını fələstinlilərin soyqırımına son qoymaq üçün küçələrə çıxmağa çağırıb.

İctimai Rəy xəbər verir ki, Maduro çağırışını “Venezolana de Television” telekanalına müsahibəsində edib.

“Biz BMT-nin, onun baş katibinin və dünyanın əksər hökumətlərinin uşaqların, qadınların, qocaların və günahsız mülki şəxslərin qətlinin pislənməsini dəstəkləyirik. Fələstində baş verənlər nasist Almaniyasında yəhudilərin təqibi başlayanda ABŞ-da çoxlarının susduğunu xatırladır. Bu, gizli bir tarixdir. ABŞ-da hakimiyyətdə olanlar susdu. London susdu və əksər Avropa hökumətləri yəhudi xalqına qarşı təqib, soyqırım və cinayətləri ört-basdır etdilər. İndi baş verənlər də ona bənzəyir”, – Maduro bildirib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »