“Paşinyan Azərbaycanı qabaqlayıcı zərbəyə təhrik edir” – Erməni ekspertdən SENSASİON AÇIQLAMA

0

“Alınan silahlarla bağlı hər hansı bəyanatda hərbi sirr var. İndi Ermənistan hakimiyyəti silah alıb-almamasından asılı olmayaraq, artıq memorandum imzalayaraq bildirib ki, silah alınması praktiki məsələdir”.

İctimai Rəy Caliber.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.

“Bu, onların təkəbbüründən xəbər verir. Eyni zamanda  Azərbaycana imkan verir desin ki, Ermənistan özünü silahlandırır, Fransa Ermənistanı silahlandırır və bu, Ermənistanın Azərbaycana hücum etməsi üçün atılan addımdır. Bütün bunların fonunda Azərbaycan da elan edə bilər ki, Ermənistanın ona hücum etməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görəcək. Hətta İrəvanın sərhədinə qədər gələ bilər.

İndi bir sual vermək istəyirəm: məsələn, Ermənistanın KTMT-nin üzvü olduğu halda 2018-ci ilə qədər NATO üzvü olan ölkələrlə ciddi hərbi-texniki əməkdaşlıq etdiyini bilən varmı? Bu haqda kim bilirdi? Heç kim bu barədə danışmadı. Onların siyasəti belə işləyir.

İndi də silahla özlərini reklam edirlər, ancaq başa düşmürlər ki, Azərbaycan bunun üçün elə günü sabah çox sərt addım ata bilər.

Paşinyan da bəyan edib ki, Ermənistan heç bir qonşuya hücum etmək niyyətində deyil. Təsəvvür edirsinizmi, Gürcüstan, Türkiyə, İran və Azərbaycan liderləri həmin açıqlamanı görəndə necə gülüblər. Belə bir şeyi necə elan edə bilərsən? Heç kimə hücum etməyəcəyinizi deyirsiniz, dedikləriniz əsas götürülür, ancaq özünüzü silahlandırırsınız.

Bu silahları niyə alırlar? Yaxud, deyək ki, zirehli transportyorlar niyə alınıb? Bu, ilkin ehtiyac idi, yoxsa düşmənin ən mühüm məqsədlərinin qarşsını almaq üçün lazımdır? Məsələn, hava hücumunun qarşısını almaq prioritetdir? İstənilən münaqişədə müharibəni səmada mütləq üstünlüyə malik olan dövlət qazanacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »