Klaardan qərəzli mövqe: “Sülh sazişi 3+3 formatında müzakirə mövzusu ola bilməz”

0

“Biz 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırıq”.

İctimai Rəy erməni mediasına istinadən xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yeri mətbuata müsahibəsində söyləyib.

“Lakin mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamlanma kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Beləliklə, yenə də bizim üçün ən vacib olan tərəqqidir və bunun hansı platformada əldə olunması daha az əhəmiyyət kəsb edir. Amma biz hesab edirik ki, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Üstəlik, onlar dəfələrlə müzakirə olunub.  Beləliklə, biz həqiqətən Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb görmürük”, – deyə Klaar qəribə cümlələr işlədib.\\Musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »