“Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradəmiz var”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu siyasi iradə sarsılmazdır.
“Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, – Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından gedir.
N.Paşinyan deyib ki, digər prinsip suverenliyin və yurisdiksiyaı əsasında regional kommunikasiyaların açılmasıdır./Report