Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti rəisinin iki müavini vəzifəsindən azad edilib.

İctimai Rəy “qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev də vəzifəsindən azad olunub. O, Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Tibb Mərkəzində həkim kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, polkovnik Salman Məmmədov 05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Mayor Tale Əlirzayev isə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gəlib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »