Ərdoğandan axısqa türkləri ilə bağlı paylaşım -FOTO

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axısqa türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümü münasibətilə paylaşım edib.

İctimai Rəy Bizim.Media-a istinadən xəbər verir ki, o, bunu sosial media hesabında paylaşıb.

Sözügedən paylaşımı təqdim edirik:

“Axısqa türklərinin öz torpaqlarından qovulmasının 79-cu ildönümünü hüznlə yad edir, bu böyük zülm zamanı həyatını itirən 20 min qardaşımıza Allahdan rəhmət diləyirəm. Axısqa türk qardaşlarımızın hüquqlarını hər platformada müdafiə etməyə davam edəcəyik”.

Qeyd edək ki, 1944-ci ildə axısqa türkləri Stalin repressiyasının qurbanı olub. İyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsinin “№ 6279” qərarı ilə (qərar həmin il noyabrın 14-də icra edilib) 90538 axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstan (20 min nəfərdən çox) çöllərinə köçürülüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »