“Ankarada Şuşa mədəniyyət günləri” layihəsi başa çatdı-FOTO

0

13-14 noyabr tarixlərində gerçəkləşdirilən “Ankarada Şuşa mədəniyyət günləri” layihəsi konsert proqramı ilə başa çatıb.

İctimai Rəy xəbər verir ki, Ankaranın CSO “Tarih salonu” da baş tutan tədbirdə Azərbaycan və Türkiyə tərəfindən yüksək vəzifəli dövlət məmurları, rəsmiləri, ümumilikdə 800-ə yaxın qonaq iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov salamlama nitqində bu gecənin çox böyük əhəmiyyət daşıdığını, iki gün ərzində Ankarada gerçəkləşdirilən Şuşa mədəniyyəti günlərində Şuşanın ruhunun bu şəhərdə dolaşdığını söyləyib.

Daha sonra Şuşada görülməkdə olan işlərlə bağlı video çarx nümayiş olunub.

Azərbaycanın yaradıcı heyətinin ifasında Qarabağ abu-havasını özündə yaşadan geniş musiqi proqramı təqdim edilib, Qarabağ milli geyimlərindən ibarət kolleksiya və şuşalı rəssamların rəsmləri sərgilənib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »