ÜST COVID-19-un mənbəyi ilə bağlı araşdırmaları davam etdirir

0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının səbəblərini araşdırmaqda davam edəcək.

Bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə gör, xəstəliyin ilkin hallarının daha hərtərəfli təhlilə ehtiyac var idi.

“ÜST COVID-19 pandemiyasının başlanğıcını başa düşmək üçün fəaliyyətini dayandırmayacaq. Bu, təkcə gələcək pandemiyaların qarşısını almağa kömək edəcəyinə görə deyil, həm də bu virusdan ölən milyonlarla insana borclu olduğumuz üçündür. Bu, ÜST üçün prioritetdir” baş direktor deyib.

Qlobal səhiyyə fövqəladə hala 2020-ci ilin yanvar ayının sonundan 5 may 2023-cü il tarixinədək şahidlik etdi. Təşkilatın saytında dərc olunan 8 noyabr 2023-cü il tarixinə olan məlumata görə, dünyada 771 820 937 koronavirusa yoluxma halı, 6 978 175 ölüm halı qeydə alınıb.//APA

Leave A Reply

Your email address will not be published.

Tərcümə »