Rusiyaya rekord avtomobil idxal edilib: Əsas ixracatçılardan biri Ermənistandır

0

Bu ilin 10 ayında Rusiyaya avtomobil idxalı 2,8 dəfə artaraq 889,4 min ədədə çatıb.

İctimai Rəy Rusiya mətbuatına istinadən xəbər verir ki. Ölkəyə gətirilən yeni avtomobillərin 80 faizi Çin istehsallıdır. On ayda idxal olunan avtomobillərin 60 faizi və ya 546,8 min ədədi yeni, 40 faizi və ya 342,6 min ədədi işlənmişdir.

Ən çox idxal olunan Çin brendləri 23 faiz payla Chery (ümumi tədarüklərdə – red), Changan (10 faiz), Omoda (9 faiz), Geely (8 faiz) və Exeed (7faiz) olub.

Rusiyaya digər yeni avtomobillərin idxalında üçün əsas istiqamətlər Qazaxıstan (7,5 faiz), Qırğızıstan (5,8 faiz), Belarus (2,5 faiz), Ermənistan (1,6 faiz) və BƏƏ-dir (1 faiz). Ekspertlər qeyd edirlər ki, son aylarda Qazaxıstandan idxal xeyli azalıb və Qırğızıstan əsas “tranzit dəhlizi” olaraq qalır.

İşlənmiş avtomobillər üçün isə vəziyyət bir qədər fərqlidir. Burada lider Yaponiyadır – onun payı 54 faiz təşkil edir. İkinci yerdə Ermənistan (14,3 faiz) gəlir. Ondan sonra Belarus (11,3 faiz), Cənubi Koreya (7,2 faiz), Qırğızıstan (4,6 faiz) və Almaniya (2,9 faiz) gəlir. İdxal edilən işlənmiş avtomobillər arasında ən populyar marka 27,4 faiz payla Toyota, ikinci yerdə Honda (16 faiz), Kia (7 faiz, BMW (6,5 faiz), Nissan (6,3 faiz) və Hyundai (5 faiz) gəlir.

Hesablamalara görə, ümumilikdə 2023-cü ildə Rusiyaya təxminən 1,1 milyon yeni və işlənmiş minik avtomobili idxal ediləcək ki, bu da uzun illər ərzində rekord göstərici olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »