Azərbaycanda İLK DƏFƏ: Ana və qızı eyni vaxtda meydançaya çıxdılar

0

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa çempionatının (EUROBASKET-2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar.

Xatırladaq ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir.

Qeyd edək ki, yığmamız Belçikaya 136:28 hesabı ilə uduzub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »