İsrail Qəzzanın şimalındakı əməliyyatlarda döyüşlərdə 4 saatlıq gündəlik atəşkəsə razılaşıb.
İctimai Rəy “Report”-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Ağ Ev sözçüsü bildirib ki, bu cür fasilələrlə bağlı elan üç saat əvvəl veriləcək. İsrail tərəfi ABŞ-ı fasilələr zamanı bu ərazilərdə hərbi əməliyyatların aparılmayacağı barədə xəbərdar edib.
Proses noyabrın 9-da başlanacaq.
Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib ki, girovlar azad edilənə qədər Qəzza zolağına humanitar yardım göndərilməməlidir.