İsrail-HƏMAS münaqişəsinin miqyasının genişlənməsi qaçılmazdır.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyin Əmir Abdullahian deyib.
“Qəzzanın mülki əhalisinə qarşı müharibənin intensivliyinin artması ilə müharibənin miqyasının genişlənməsi indi qaçılmaz oldu”, – nazir bildirib.